...

Bakıda vətəndaşlardan 2 “Makarov” tapançası götürülüb

Hadisə Materials 27 Yanvar 2014 12:53 (UTC +04:00)
Bakıda vətəndaşlardan 2 “Makarov” tapançası və partonlar götürülüb.
Bakıda vətəndaşlardan 2 “Makarov” tapançası götürülüb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda vətəndaşlardan 2 "Makarov" tapançası və partonlar götürülüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tahir Quliyevə məxsus "Toyota Prado" markalı avtomobilə baxış zamanı "Makarov" markalı tapança, 1 ədəd daraq və 7 ədəd patron götürülüb.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Allahyarovdan "Makarov" markalı tapança, 1 ədəd daraq və 8 ədəd patron götürülüb.

Hər iki faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti