Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/
Qadınları fahişəliyə cəlb etmiş Bakı şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Tamilə Məlikova saxlanılıb.
Tamilə Məlikovanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb.