...

Bakı Bulvarında 5 ay əvvəl vətəndaşın mobil telefonunu mənimsəmiş şəxs tutulub

Hadisə Materials 31 Yanvar 2014 10:36 (UTC +04:00)
Dənizkənarı Milli Parkda Bakı sakininin mobil telefonunu alıb qaytarmayan şəxs tutulub.
Bakı Bulvarında 5 ay əvvəl vətəndaşın mobil telefonunu mənimsəmiş şəxs tutulub

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Dənizkənarı Milli Parkda Bakı sakininin mobil telefonunu alıb qaytarmayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən, Cəlilabad rayon sakini Cavid Əhədli tutulub.

Məlum olub ki, o, avqustun 30-u 2013-cü il tarixdə Dənizkənarı Milli Parkda Bakı şəhər sakini Anar Rəhimovun etibarından sui-istifadə edərək zəng etmək adı ilə mobil telefonunu alıb qaytarmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti