...

Türkiyəli sürücü Azərbaycanda piyadanı vurub öldürdü

Hadisə Materials 4 Fevral 2014 13:01 (UTC +04:00)
Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Türkiyəli sürücü Azərbaycanda piyadanı vurub öldürdü

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 4-də gecə saat 1:00 radələrində Kürdəmir rayonu Atakişili kəndinin ərazisində Türkiyə vətəndaşı Kenan Kazmaçı idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti