...

Gəncədə avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Hadisə Materials 4 Fevral 2014 20:35 (UTC +04:00)
Bu gün Gəncədə axşam saatlarında yol qəzası baş verib.
Gəncədə avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Bu gün Gəncədə axşam saatlarında yol qəzası baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, şəhər sakini 1990-cı il təvəllüdlü Hikmət Əliyev idarə etdiyi avtomobili yol kənarındakı ağaca çırpıb. Qəza nəticəsində sürücü H.Əliyev döş qəfəsindən aldığı xəsarətlə hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb.

Xəstəxanadan verilən məlumata görə, xəsarət alan sürücünün vəziyyəti stabildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti