Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İ.İzzət/
Bakıda bir ay əvvəl idman kompleksində oğurluq edən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 2-də Şərifli küçəsində yerləşən idman kompleksinin paltar dəyişmə otağında Bakı şəhər sakini Fariz Səmidovun asılqandan asılmış gödəkçəsinin cibindən 1353 manat, qol saatı, qızıl üzük, boyunbağı, Bakı şəhər sakini Faiq Mikayılovun isə pul kisəsindən 40 manat oğurlanıb.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini Samir İmanov tutulub.
Faktla əlaqədar cinayət işi açılır, istintaq gedir.