...

İnsanların qazdan kütləvi zəhərləndiyi Lökbatan qəsəbəsində vəziyyət normallaşıb

Hadisə Materials 6 Mart 2014 00:39 (UTC +04:00)
Çərşənbə günü axşam insanların qazdan kütləvi zəhərləndiyi Lökbatan qəsəbəsində vəziyyət normallaşıb.
İnsanların qazdan kütləvi zəhərləndiyi Lökbatan qəsəbəsində vəziyyət normallaşıb

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Z.Ramazanov /

Çərşənbə günü axşam insanların qazdan kütləvi zəhərləndiyi Lökbatan qəsəbəsində vəziyyət normallaşıb.

Trend-in məlumatına görə, hadisə yerindən insanlar evlərinə qayıdırlar.

Sakinlərin əksəriyyətinə yerindəcə ilkin tibbi yardım göstərilib, bundan sonra onlar evə buraxılıblar.

Lökbatan qəsəbəsində ən azı 80 nəfərə yaxın insan qazdan zəhərlənib. Bu barədə Trend hadisə yerindən məlumat verir.

İnsanların zəhərlənməsi odorant maddəsinin normadan artıq dozası nəticəsində baş verib. Bildirilir ki, qəsəbəyə qazın verilişi dayandırılıb, bir neçə saat sonra isə yenidən bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti