Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/
Bakıda keçmiş məhkumdan xeyli miqdarda narkotik vasitələr götürülüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nizami Həsənovdan 570 qram tiryək götürülüb. Onun kirayənişin yaşadığı Xətai prospektindəki mənzilindən isə 3 kiloqram 200 qram qurudulmuş marixuana götürülüb.
Qeyd edək ki, Nizami Həsənov əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.