Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/
Ağdam rayon sakininin Bakıda əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İdarəyə daxil olmuş məlumatlar əsasında əməliyyat tərdbirləri həyata keçiriblər.
Keçirilmiş tədbirlər nəticəsində Ağdam rayon sakini Aleksey Əsgərovun Bakı şəhərindəki "Kinq Palace" otelində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.