...

Türkiyədə ədliyyə binasına silahlı basqın olub

Hadisə Materials 11 Mart 2014 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin İstanbul şəhərində Çağlayan ədliyyəsinin binasına naməlum şəxslər tərəfindən silahlı basqın olub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.

Məlumata əsasən, silahlı basqın nəticəsində biri qadın olmaqla, iki nəfər ağır yaralanıb.

Məlumatda o da qeyd olunur ki, hazırda silahlı basqını hazırlayan şəxslərin axtarışına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti