...

Gəncə-Qazax magistralında “Nissan” “Hyundai”la toqquşaraq yararsız hala düşüb

Hadisə Materials 16 Mart 2014 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Gəncə-Qazax magistralında "Nissan" "Hyundai"la toqquşaraq yararsız hala düşüb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, ötən gecə Gəncə-Qazax magistralının 1-ci kilometrliyində yol qəzası baş verib. "Nissan" və "Hyundai" markalı avtomobillər Şəmkir rayon istiqamətində olarkən bir-biri ilə toqquşub.

Nəticədə "Nissan"ın sürücüsü Çingiz Nağıyev və "Hyundai"ın sürücüsü Şükür Cəfərov ciddi xəsarət almasalar da avtomobillərə ciddi ziyan dəyib.

Hər iki sürücü alkotestdən keçirilərək həkim müayinəsinə aparılıb. Şahidlərin sözlərinə görə, qəza "Nissan"ın sürücüsünün dönmə əməliyyatını düzgün aparmaması ucbatından olub.

Qəzanın səbəbləri isə avtoekspertizanın nəticəsindən sonra müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti