...

Bakıda axtarışda olan 3 nəfər tutulub

Hadisə Materials 18 Mart 2014 12:24 (UTC +04:00)
Bakı polisi barələrində axtarış elan edilmiş 3 nəfəri tutub.
Bakıda axtarışda olan 3 nəfər tutulub

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

Bakı polisi barələrində axtarış elan edilmiş 3 nəfəri tutub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Səxavət Hüseynov tutulub.

Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Akif Əhmədov tutulub.

Bundan əlavə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ziya Təhməzov tutulub. O, Xətai rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti