Azərbaycan, Bakı, 28 mart Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Samsun vilayətində tələbələri daşıyan avtobus aşıb.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər yaralanıb. Onlardan 18-i tələbədir.
Yüksək sürət yol qəzasına səbəb olub.
Agentliyin məlumatına görə, xəsarət alanların hamısı Türkiyə vətəndaşıdır.