...

İranda qatar relsdən çıxıb, xəsarət alanlar var

Hadisə Materials 30 Mart 2014 09:29 (UTC +04:00)
Bu gün yerli vaxtla saat 04:30 radələrində Məşhəd şəhərindən Tehran istiqamətində hərəkət edən sərnişin qatarının vaqonları Şahrud şəhərinin Bakran dayanacağı yaxınlığında relsdən çıxıb.
İranda qatar relsdən çıxıb, xəsarət alanlar var

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir T.Cəfərov/

Bu gün yerli vaxtla saat 04:30 radələrində Məşhəd şəhərindən Tehran istiqamətində hərəkət edən sərnişin qatarının vaqonları Şahrud şəhərinin Bakran dayanacağı yaxınlığında relsdən çıxıb.

Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, qatarın 5 vaqonu relsdən çıxaraq aşıb və bir neçə sərnişin xəsarət alıb. Onların vəziyyəti qənaətbəxşdir.

Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti