Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir T.Cəfərov/
Bu gün səhər saatlarında Qəzvin-Zəncan magistral yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub.
Trend-in ISNA-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb və 28 nəfər yaralanıb.
Yaralananlar xəstəxanalara yerləşdirilib. Onlardan bəzisinin vəziyyətinin ağır olduğu bildirilir.