...

Lənkəran və Qubada törədilmiş ağır cinayətlərin üstü açılıb

Hadisə Materials 31 Mart 2014 18:53 (UTC +04:00)
Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən son günlər Lənkəran və Quba şəhərlərində törədilmiş ağır cinayətlərin üstü açılıb.
Lənkəran və Qubada törədilmiş ağır cinayətlərin üstü açılıb

Azərbaycan, Bakı, 31 mart /Trend/

Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən son günlər Lənkəran və Quba şəhərlərində törədilmiş ağır cinayətlərin üstü açılıb. Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydıdğı birgə məlumatda deyilir.

Belə ki, martın 21-də Lənkəran şəhər sakini Surayə Tağıyeva evindən güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Samid Hüseynov tutulub. Ondan "AKM" markalı silah və 7 patron, habelə cinayəti törədərkən maska kimi istifadə etdiyi papaq və əlcək götürülüb.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

S.Hüseynov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, martın 28-də Azərbaycan Müəllimlər İnstitutunun Quba rayon filialında oranın tələbəsi Vüqar Babayev münaqişə zəminində tələbə yoldaşı Xalid Osmanlıya döş qəfəsindən bıçaqla çoxsaylı xəsarətlər yetirib. X.Osmanlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq zəruri ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən V.Babayev polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.

Hazırda hər iki fakt üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti