Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İzzət/
Bakı şəhər sakini yaşadığı evin 5-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 13-də Bakı şəhər sakini Mais Fərəcov Nəsimi rayonu ərazisində yaşadığı evin 5-ci mərtəbəsinin açıq eyvanından ehtiyatsızlığı nəticəsində yıxılıb. Bu zaman o, həyətdə dayanmış, qonşusu Rafayel Eyyubova məxsus "Mitsubishi" markalı avtomobilin üstünə düşüb.
Hadisə nəticəsində ağır xəsarət alan M.Fərəcəov xəstəxanaya yerləşdirilib.