...

Şəmkirdə FHN-nin əməkdaşı Kürdə batıb

Hadisə Materials 2 May 2014 22:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend/

Ötən gün axşam saatlarında Şəmkir rayonunda bədbəxt hadisə baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Kür çayının üzərindəki Su Elektrik Stansiyasında mövcud sızmanı aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görmək istəyən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı ehtiyatsızlıqdan çayda batıb.

Axtarış tədbirləri bu gün saat 19-da onun cəsədinin suda tapılmasıyla yekunlaşıb. Cəsədi sudan çıxarılaraq məhkəmə tibbi ekspertiza və anatomiya birliyinin Şəmkir rayon şöbəsinə verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti