Azərbaycan, Bakı, 10 may /Trend/
Gəncədə yolu keçmək istəyən piyada, 45 yaşlı Lerik rayon, Kürdəsər kənd sakini Cəlal Xosrofov Gəncə şəhər sakini, 24 yaşlı Rza Məmmədova məxsus "Kia Rio" markalı avtomobil tərəfindən vurulub.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, sürücü tərəfindən Gəncə şəhər TTYX-yə aparılan yaralı travmatologiya şöbəsinə yerləşdirilib.
Həkimlərin sözlərinə görə, C.Xosrofovun sağ bud-çanaq oynağı əzilib və vəziyyəti kafidir.
Qeyd edək ki, C.Xosrofov şəhərin N saylı hərbi hissəsində xidmət edən oğlunun andiçmə mərasimində iştirak etmək üçün Gəncəyə gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.