Azərbaycan, Bakı, 27 may /Trend/
Mingəçevir su anbarında batan şəxs xilas olunub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 1996-cı il təvəllüdlü 1 nəfər Mingəçevir su anbarında ("Mingəçevir" sularda xilasetmə məntəqəsindən təxminən 700 m aralıda, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Həmin şəxs nazirliyin Mingəçevir sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.