Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət/
Goranboyda arvadına bıçaqla xəsarət yetirmiş şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 27-də Goranboy şəhərində Nicat Həsənov qayınatasının yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində arvadı Günay Quliyevaya bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş G.Quliyeva orada ölüb.
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Həsənov tutulub.