Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/
"Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən 143 kiloqram mis naqil oğurlamış şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu, Zığ qəsəbəsində yerləşən "Xəzər Dəniz Gəmiçiliyi" QSC-də sürücü işləyən Bakı şəhər sakini Xanlar Əzizov tutulub.
Müəyyən edilib ki, o, iyunun 10-da işlədiyi yerdən 143 kiloqram mis naqil oğurlayıb.