Azərbaycan, Bakı, 18 iyun /Trend, İlkin İzzət/
Axtarışda olan Qazaxıstan vətəndaşı Eldar Panagi Azərbaycanda tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
aarəsində beynəlxalq axtarış elan edilmiş Qazaxıstan vətəndaşı Eldar Panagi Azərbaycanda tutulub.
Qeyd edək ki, Eldar Panagi Qırğızıstan Cinayət Məcəlləsinin 123-cü maddəsi (adam oğurluğu) ilə axtarışda olub.