...

Bakıda axtarışda olan 3 nəfər tutulub

Hadisə Materials 19 İyun 2014 10:30 (UTC +04:00)
Bakıda axtarışda olan 3 nəfər tutulub.
Bakıda axtarışda olan 3 nəfər tutulub

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda axtarışda olan 3 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi Cinayət-Axtarış Qrupu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Xırdalan şəhər sakini, 1992-ci il təvəllüdlü Ruhiyyə Quliyeva tutulub.

Suraxanı Rayon Polis İdarəsi (RPİ) 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1985-ci il təvəllüdlü Ufat Aslanov tutulub.

Nəsimi RPİ Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1984-cü il təvəllüdlü Rəşad İsgəndərli tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti