...

Bakıda oğurluqda şübhəli bilinən 63 yaşlı qadın tutulub

Hadisə Materials 19 İyun 2014 10:30 (UTC +04:00)
Bakıda oğurluqda şübhəli bilinən 63 yaşlı qadın tutulub.
Bakıda oğurluqda şübhəli bilinən 63 yaşlı qadın tutulub

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda oğurluqda şübhəli bilinən 63 yaşlı qadın tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 6-da Ələsgər Ələkbərov küçəsində yaşayan Mujgan Yahyayevanın evindən açıq qapıdan keçməklə 340 manat oğurlanıb.

Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Aliyyə Nəsirova tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti