...

İrandan gələn Azərbaycan vətəndaşının üzərində heroin aşkar edilib

Hadisə Materials 19 İyun 2014 17:19 (UTC +04:00)
Gömrükçülər İrandan gələn Azərbaycan vətəndaşının üzərində heroin aşkar ediblər.
İrandan gələn Azərbaycan vətəndaşının üzərində heroin aşkar edilib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Gömrükçülər İrandan gələn Azərbaycan vətəndaşının üzərində heroin aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Cabir Məmmədovun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı ondan bir ədəd bağlamada, xalis çəkisi 105,125 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti