...

İranda 3 polis məmuru öldürülüb

Hadisə Materials 25 İyun 2014 14:56 (UTC +04:00)
İranın Kirmanşah əyalətinin Səlas Babacani şəhərində 3 polis məmuru silahlı şəxslər tərəfindən öldürülüb.
İranda 3 polis məmuru öldürülüb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Təmkin Cəfərov/

İranın Kirmanşah əyalətinin Səlas Babacani şəhərində 3 polis məmuru silahlı şəxslər tərəfindən öldürülüb. Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi xəbər verir.

Məlumata əsasən, hadisə ötən axşam baş verib. Polis məmurları patrul xidməti həyata keçirərkən naməlum silahlı şəxslər tərəfindən onların avtomobilinə hücum olunub və öldürülüblər.

Öldürülən şəxslərin adları açıqlanmasa da, onların Səlas Babacani şəhərinin Təzə Abad qəsəbəsinin polis rəisi, onun müavini və polis serjantı olduqları bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti