...

Ötən günün yol qəzaları: 4 ölü, 10 yaralı

Hadisə Materials 28 İyun 2014 13:56 (UTC +04:00)
Ötən gün respublikanın avtomobil yollarında baş verən qəzalar nəticəsində 4 nəfər ölüb.
Ötən günün yol qəzaları: 4 ölü, 10 yaralı

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Ötən gün respublikanın avtomobil yollarında baş verən qəzalar nəticəsində 4 nəfər ölüb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən gün respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Daxili işlər orqanları tərəfindən gün ərzində 76 cinayət faktı qeydə alınıb, onların da 33-ü "isti izlər"lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti