...

Bakıda məhkum üçün həbsxanaya gətirilən tortun içindən həblər çıxıb (FOTO)

Hadisə Materials 10 İyul 2014 15:02 (UTC +04:00)
Bakıda 7 saylı cəzaçəkmə müəssisəsinə dərman həbləri keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda məhkum üçün həbsxanaya gətirilən tortun içindən həblər çıxıb (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda 7 saylı cəzaçəkmə müəssisəsinə dərman həbləri keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Rauf Arif oğlu Nadirovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Tofiq Arif oğlu Nadirovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı tort şirniyyatının içərisində gizlədilmiş, ağ sellofana bükülmüş 25 (iyirmi beş) ədəd ağ rəngli və 24 (iyirmi dörd) ədəd narıncı rəngli dərman həbləri aşkar edilərək götürülüb.

Qeyd edək ki, Rauf Nadirov Cinayət Məcəlləsinin 228.1 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti