...

Zaqatalada bələdiyyə sahəsindən çətənə kolları aşkarlandı

Hadisə Materials 17 İyul 2014 13:41 (UTC +04:00)
Zaqatala rayonunun Muğanlı kənd bələdiyyəsinə məxsus sahədə yabanı halda bitmiş çətənə kolları aşkar edilib.
Zaqatalada bələdiyyə sahəsindən çətənə kolları aşkarlandı

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İlkin İzzət/

Zaqatala rayonunun Muğanlı kənd bələdiyyəsinə məxsus sahədə yabanı halda bitmiş çətənə kolları aşkar edilib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi, Daxili Qoşunların Baş İdarəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Zaqatala rayonunun Muğanlı kənd bələdiyyəsinə məxsus 0,5 hektar sahədə yabanı halda bitmiş, çəkisi 1 ton 500 kq olan 1330 ədəd çətənə kolu aşkar edilərək məhv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti