...

Qadınları fahişəliyə cəlb edən Tovuz sakini saxlanılıb

Hadisə Materials 22 İyul 2014 14:29 (UTC +04:00)
Tovuz rayon sakininin qadınları fahişəliyə cəlb etməsi və əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Qadınları fahişəliyə cəlb edən Tovuz sakini saxlanılıb

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/

Tovuz rayon sakininin qadınları fahişəliyə cəlb etməsi və əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon sakini İlqar Namazovun gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Bundan əlavə məlum olub ki, İ.Namazov həm də Tovuz şəhərinin ərazisində yerləşən kafedə əxlaqsızlıq yuvası təşkil edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti