...

Saatlı sakininin həyətində silah-sursat aşkar edilib

Hadisə Materials 25 İyul 2014 14:20 (UTC +04:00)
Saatlı rayonu Çolpı kənd sakininin həyətində silah-sursat aşkar edilib.
Saatlı sakininin həyətində silah-sursat aşkar edilib

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlkin İzzət/

Saatlı rayonu Çolpı kənd sakininin həyətində silah-sursat aşkar edilib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çolpı kənd sakini Hasil Əhmədovun həyətinə baxış zamanı 1 ədəd "AK-74" markalı silah, 2 ədəd patron darağı və 21 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bundan başqa, Suraxanı rayonunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun M.Mustafayev küçəsində Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif Allahyarovdan "AK" markalı silah götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti