...

Azərbaycanda 6 zəhərlənmə faktı qeydə alınıb, 2 nəfər ölüb

Hadisə Materials 30 İyul 2014 13:14 (UTC +04:00)
Sumqayıt sakini dərmandan zəhərlənib.
Azərbaycanda 6 zəhərlənmə faktı qeydə alınıb, 2 nəfər ölüb

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Sumqayıt sakini dərmandan zəhərlənib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iyulun 21-də Sumqayıt şəhər sakini Hüseynbala Süleymanov evində dərmandan zəhərlənib.

Xəstəxanaya yerləşdirilmiş H.Süleymanov orada ölüb.

Bundan başqa, iyulun 25-də Abşeron rayonunda kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmiş Gülcənnət Zərbəliyeva 3 gün sonra orada ölüb.

Həmçinin, iyulun 28-də Abşeron rayonunun Xırdalan şəhər sakini Xəyyam Xələfov evində sirkə turşusundan zəhərlənib.

X.Xələfov xəstəxanaya yerləşdirilib.

İyulun 29-da Qəbələ rayon sakini Orxan Məmmədxanov dərmandan, Gəncə şəhər sakini Arzu Hüseynova sirkə turşusundan, Göygöl rayon sakini Ozal Hacılı isə kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti