Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir İlkin İzzət/
Bakıda intihar cəhdinin qarşısı alınıb.
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakıda bir nəfər kişi intihar məqsədi ilə özünü metronun "Koroğlu" stansiyası yaxınlığındakı körpüdən atmaq istəyib.
İntihar məqsədi ilə körpüyə çıxan şəxs əslən Ermənistandan olan 62 yaşlı Yusif Abbas oğlu Əmirov olub.
Qeyd edək ki, körpüyə qalxarkən özünü yandırmaq üçün benzin də götürən Y.Əmirov onunla söhbət aparan psixoloqlara bildirib ki, o, günahsız yerə 14 il həbsdə yatıb. İndi isə azadlığa çıxandan sonra ona qarşı başlanmış cinayət işinin yenilənməsinə etiraz olaraq intihar etmək istəyir.
Qeyd edək ki, əraziyə polis, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və Təcili Tibbi Yardım briqadaları cəlb olunmuşdu.