Azərbaycan, Bakı, 7 avqust /Trend/
Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş dörd nəfər xilas olunub.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, "Sahil-1", "Seyidli" və "Fatmayi" sularda xilasetmə məntəqələri ərazisində 4 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşiblər.
Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər.