Azərbaycan, Bakı, 15 avqust /Trend/
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Ağstafada çətənə kolları aşkarlayıblar.
Trend DSX-nin saytına istinadən xəbər verir ki, Ağstafa rayonu Sadıxlı kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 1 hektar ərazidə ümumi çəkisi 1070 kq olan 1930 ədəd yabanı halda bitmiş çətənə kolları sərhəd naryadı tərəfindən aşkar olunaraq müvafiq qaydada məhv edilib.