Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda bir nəfərdən ov tüfəngi götürülüb, digəri isə tapdığı tüfəngi polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində şəhər sakini Sübhan Ədilovdan müvafiq sənədləri olmayan "TOZ-34" markalı ov tüfəngi götürülüb.
Ordubad rayonunun Tivi kənd sakini Zaur Məmmədov isə tapdığı nömrəsi silinmiş ov tüvəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.
Hər iki fakt üzrə araşdırma aparılır.