...

Daşkəsəndə qətldə şübhəli bilinən şəxsin evindən tüfəng tapılıb

Hadisə Materials 26 Avqust 2014 13:33 (UTC +04:00)
Daşkəsəndə şübhəli şəxs qismində saxlanılmış evindən tüfəng aşkar edilərək götürülüb.
Daşkəsəndə qətldə şübhəli bilinən şəxsin evindən tüfəng tapılıb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir İlkin İzzət/

Daşkəsəndə şübhəli şəxs qismində saxlanılmış evindən tüfəng aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Daşkəsən rayon sakini Xəqani Abdullayevin ölümü ilə əlaqədar avqustun 24-də Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış İman Hüseynovun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan "Karabin" markalı nömrəsiz tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti