Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 27-də Abşeron rayonu Pirəkəşkül qəsəbə sakini İlkin İsgəndərov, Goranboy rayonu Tapqaraqoyunlu kənd sakini Natiq Cümşüdov elektrik cərəyanı vurması nəticəsində ölüblər.
Hər iki faktla bağlı araşdırma aparılır.