Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İlkin İzzət/
Quba rayonunun İsnov kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Əziz Cəlilzadə Bakı şəhər sakini Mehman Kərimovla mübahisə edib tüfəngdən havaya 1 dəfə atəş açaraq xuliqanlıq edib.
Trend-in Daxili İşlər Nazirliyinin saytına görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Cəlilzadə saxlanılıb, ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.