...

Bakıda məsciddə oğurluq etmiş şəxs tutulub

Hadisə Materials 3 Sentyabr 2014 12:57 (UTC +04:00)
Paytaxtın Suraxanı rayonu ərazisində yerləşən məsciddə oğurluq etmiş şəxs tutulub.
Bakıda məsciddə oğurluq etmiş şəxs tutulub

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/

Paytaxtın Suraxanı rayonu ərazisində yerləşən məsciddə oğurluq etmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də rayon ərazisində yerləşən məsciddə Bakı şəhər sakinləri Tural Maqusova və Bəhruz Tağıyevə məxsus mobil telefonları oğurlamış paytaxt sakini Əzizağa Məmmədəminzadə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti