Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda Mərkəzi Univermaqda brilyant qaşlı üzüklər oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 2-də Səbail rayonu ərazisində yerləşən Mərkəzi Univermaqda Bakı şəhər sakini Cəmilə Kərimovaya məxsus 2 ədəd brilyant qaşlı üzük oğurlanıb.
Baş Mühafizə İdarəsi və Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Zəhra Əliyeva tutulub.