Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/
Balakən rayonunun Katex kəndində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 7-də saat 07 radələrində Balakən rayonunun Katex kəndində Meşəşambul kənd sakini Ramazan Cirinqov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.
Sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, sürücü R.Cirinqov orada ölüb.
Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.