...

Bakıda avtomobillə vurulan 56 yaşlı qadın ölüb

Hadisə Materials 13 Sentyabr 2014 10:44 (UTC +04:00)
Bakıda 2 gün öncə avtomobillə vurulan 56 yaşlı qadın xəstəxanada ölüb.
Bakıda avtomobillə vurulan 56 yaşlı qadın ölüb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda 2 gün öncə avtomobillə vurulan 56 yaşlı qadın xəstəxanada ölüb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 11-də Xətai rayonu, Sadıqcan küçəsində Bakı şəhər sakini Sahib İsmayılov idarə etdiyi "Hyundai" markalı avtomobillə 1958-ci il təvəllüdlü piyada Mirvari Əhmədovanı vurub.

M.Əhmədova xəsarətlə xəstəxanaya daxil olub. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və 56 yaşlı qadın sentyabrın 12-də orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti