...

İsmayıllının İvanovka kəndində silah-sursat tapılıb

Hadisə Materials 15 Sentyabr 2014 14:17 (UTC +04:00)
İsmayıllı rayonunun İvanovka kənd sakini tapdığı silah-sursatı təhvil verib.
İsmayıllının İvanovka kəndində silah-sursat tapılıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

İsmayıllı rayonunun İvanovka kənd sakini tapdığı silah-sursatı təhvil verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İsmayıllı rayonunun İvanovka kənd sakini Viktor Minnikov 2 ədəd qumbara, 117 ədəd müxtəlif çaplı patrton və 2 ədəd alışdırıcı tapıb.

V.Mennikov tapdığı silah-sursatı könüllü olaraq İsmayıllı Rayon Polis Şöbəsinə təhvil verib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti