...

Ağstafada zəlzələ baş verib

Hadisə Materials 21 Sentyabr 2014 16:47 (UTC +04:00)
Bu gecə Azərbaycanda zəlzələ baş verib.
Ağstafada zəlzələ baş verib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Bu gecə Azərbaycanda zəlzələ baş verib. Trend Kəpəz TV-yə istinadən bu barədə xəbər verir.

Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, yeraltı təkanlar yerli vaxtla saat 00:59-də, Qazaxdan 26 km şimalda Ağstafa rayonu ərazisində baş verib. Onun sözlərinə görə, bu ərazidə son bir həftə ərzində çoxlu sayda kiçik zəlzələlər qeydə alınıb.

Onların gücü 0,7-1,2 bal arasında dəyişib. Budəfəki yeraltı təkanların gücü 3 baladək olub.

Xəbər lenti

Xəbər lenti