...

Bakıda elektrovoz minik avtomobili ilə toqquşub

Hadisə Materials 25 Sentyabr 2014 13:15 (UTC +04:00)
Bakının Keşlə qəsəbəsində elektrovoz “Saipa” markalı avtomobillə toqquşub.
Bakıda elektrovoz minik avtomobili ilə toqquşub

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakının Keşlə qəsəbəsində elektrovoz "Saipa" markalı avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 24-də saat 04 radələrində Keşlə qəsəbəsinin ərazisində qorunmayan keçiddə elektrovozla naməlum sürücünün idarə etdiyi "Saipa" markalı avtomobil vurulub.

Sürücü avtomobili hadisə yerində atıb gedib. Nəticədə avtomobil yararsız hala düşüb, 2 ədəd elektrik dirəyi, 2 ədəd qaz borusu, 1 ədəd elektrik və 1 ədəd qaz sayğacları aşıb, habelə qəsəbə sakini Seymur Cəbrayılova məxsus evin hasarının 3 kv.m. hissəsi dağılıb.

Hazırda Nəqliyyatda Baş Polis İdarəsi XPB tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti