...

DİN Şəmkirdə odlu silahla törədilən qətl hadisəsi barədə məlumat yayıb

Hadisə Materials 3 Oktyabr 2014 15:07 (UTC +04:00)
Oktyabrın 2-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində qəsəbə sakini Rəşid İmanovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılıb.
DİN Şəmkirdə odlu silahla törədilən qətl hadisəsi barədə məlumat yayıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İlkin İzzət/

Oktyabrın 2-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində qəsəbə sakini Rəşid İmanovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılıb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin R.İmanovun qohumu Mirnazir Allahverənov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Hadisə yerində "Tula" markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür. Şəmkir RPŞ tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti