...

Cəlilabadda canavar evə girərək 4 uşağa hücum edib

Hadisə Materials 27 Oktyabr 2014 10:42 (UTC +04:00)
Bu gecə Cəlilabad rayonunun Buravar kəndində tükürpədici hadisə baş verib.
Cəlilabadda canavar evə girərək 4 uşağa hücum edib

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Bu gecə Cəlilabad rayonunun Buravar kəndində tükürpədici hadisə baş verib.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, kənd sakini Yusif Şahmarovun ailəsi canavar hücumuna məruz qalıb.

Hadisə ilə bağlı Trend-ə məlumat verən ev sahibi Yusif Şahmarov bildirib ki, canavarın evə hücumu nəticəsinə dörd uşaq yaralanıb: "Hadisə axşamçağı baş verib. Valideynlər təsərrüfat işləri ilə əlaqədar həyətdə olarkən uşaqlardan biri də onların yanında imiş. Bu zaman canavarın yaxınlaşdığını görən uşaq əlindəki vedrəni ona tərəf tullayıb və evə qaçıb. Canavar uşağın arxasınca evə girib, otaqda televizora baxan digər uşaqlara da hücum edib, uşaqlardan birini aparmağa çalışıb".

Hadisə nəticəsində 3 qız, 1 oğlan - Əfsanə, Aygün, Aygül və Vüsal Şahmarovlar yaralanıb. Uşaqların səsinə gələn valideynlər canavarı öldürüblər.

Yaralılara ilk tibbi yardım Ləkin kənd xəstəxanasının həkimləri tərəfindən göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti