...

Sumqayıtda intihara cəhd

Hadisə Materials 31 Oktyabr 2014 14:54 (UTC +04:00)
Sumqayıtda intihara cəhdin qarşısı alınıb.
Sumqayıtda intihara cəhd

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli yaşayış binasının dam örtüyünə qalxaraq intihar etmək niyyətini nümayiş etdirir.

Xilasedicilər tərəfindən aparılmış psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb, aşağı endirilərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti